“Araz-Naxçıvan"da ciddi problemlər baş qaldırdı

31 Avqust 2023 08:30 Araz-Naxçıvan 2 180
“Araz-Naxçıvan"da ciddi problemlər baş qaldırdı

Premyer Liqanın növbəti turunda “Kəpəz”lə qarşılaşacaq “Araz-Naxçıvan” məşqlərini gündə bir dəfə olmaqla davam etdirir.

Sportinfo.az xəbər verir ki, “Sumqayıt”la oyunun birinci hissəsində zədələnən və matçı davam etdirə bilmədiyinə görə fasilədə əvəzlənən Mohammed Kadirinin, eləcə də məşqdə yüngül zədə alan Miço Kuzmanoviçin Gəncədəki görüşdə meydana çıxıb-çıxmayacağı sual altındadır.

“Kəpəz” – “Araz-Naxçıvan” oyunu sentyabrın 3-də, saat 17:00-da, Gəncə şəhər stadionunda keçiriləcək və CBC Sport kanalı ilə canlı yayımlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
10 May 11:00 O gün olsun ki...