Premyer Liqa klubunda mühüm posta TƏYİNAT OLDU

18 Avqust 2023 09:40 Araz-Naxçıvan 1 570
Premyer Liqa klubunda mühüm posta TƏYİNAT OLDU

Səkkiz illik aradan sonra Premyer Liqaya dönmüş «Araz-Naxçıvan»da növbəti təyinat gerçəkləşib.

Bu dəfə klubun mətbuat xidmətinin rəhbəri postuna yeni sima gətirilib.

Press-ateşe vəzifəsi tanınmış jurnalist Mahal Məmmədova tapşırılıb.

O, 44 günlük Qarabağ müharibəsinin iştirakçısıdır.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunub.

2020-ci il, sentyabrın 29-dan etibarən ön cəbhədə xidmət edən M.Məmmədov ehtiyatda olan baş leytenantdır.

Son iş yeri Azərbaycan Futzal Federasiyası olub. Əvvəlki illərdə isə müxtəlif media orqanlarında işləyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 23:40 Bu da o qollar - VİDEO