U-20 milli komandamız təlim-məşq toplanışı çərçivəsində Yaponiya ilə yoxlama görüşü keçirib.
Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma komandamızın qələbəsi ilə başa çatıb.
90 dəqiqəsi qolsuz yekunlaşan görüşdə milli komandamız penaltilər seriyasında 5:4 hesabı ilə qalib gəlib.
Oyunu izləmək üçün Qəbələyə ezam olunan jurnalistlər arasında Sportinfo TV-nin əməkdaşları da olub.
Kanalımızın əməkdaşları səfər müddətində xüsusi vlog hazırlayaraq həm qarşılaşmada, həm də oyun ətrafında baş verənləri lentə alıb.
Aşağıdakı linkə daxil olaraq vlogu izləyə bilərsiniz:
