Yaponiyalı Azərbaycanda gördüklərinə ağzı açıq qaldı - MÜSAHİBƏ

20:40 Müsahibə 191
Yaponiyalı Azərbaycanda gördüklərinə ağzı açıq qaldı - MÜSAHİBƏ

Yaponiyanın U-20 millisinin üzvü Sportinfo.az-a müsahibə verib.

Mərkəz müdafiəçisi mövqeyində çıxış edən Yuqo Okava komandasının Azərbaycan yığmasına məğlub olduğu qarşılaşmadan sonra sualları cavablandırıb.

- Paltardəyişmə otağında vəziyyət necədir?

- Uduzduğumuz oyundan sonra durum heç də yaxşı deyil. Çünki qələbə qazanmaq istəyirdik. Bu, sıradan yoxlama matçı olsa da, psixoloji hazırlıq baxımından qalib gəlməyə ehtiyacımız var idi. Növbəti oyunlara baxacağıq.

- Nəyi düz etmədiniz? Hansı məqamlarda səhvlərə yol verdiniz?

- İlk hissədə istədiyimiz futbolu göstərməkdə çətinlik çəkirdik. Fasilədən sonra nəzarəti tam əlimizə alıb çox sayda qol imkanları yaxalasaq da, qol vura bilmədik. Qol vura bilməməyimiz yekunda belə vəziyyətə səbəb oldu. Qələbə arzulayırıqsa, ələ düşən fürsətləri dəyərləndirmək lazımdır.

-Yaponiyanın qol imkanlarını nəzərə alsaq, Azərbaycanın qələbəsinin səbəbini nə ilə izah edə bilərsən?

- Azərbaycan yığması həqiqətən yaxşı komandadır. Mübarizə aparmağı bacaran aqressiv futbolçuları var. Sürətli əks-hücumlar qururlar. Lakin biz qələbəni rəqibdən daha çox haqq edirdik. Sadəcə penaltilər seriyasında onlar daha hazırlıqlı idi.

- Oyunun taleyinin penaltilər hesabına həll olunacağını biləndə nə düşündün?

- Bizim üçün yaxşı olacağına ümid edir və inanırdım. Çünki bizdə dəqiq zərbələr vuran futbolçular var. Yaxşı olardı ki, lazım olan qol və ya qolları 90 dəqiqə ərzində vuraq. Çünki penaltilərə bel bağlamaq olmur, hər cür nəticə qeydə alına bilər.

- Bu günlər ərzində Qəbələdə gördüklərin barədə nə deyə bilərsən?

- Meydançalarda dolu olan kompleksi çox bəyəndim. Olduqca mükəmməldir. Həm meydançaların sayı çoxdur, həm də qazonun durumu yaxşıdır (Qəbələ şəhər stadionunu nəzərdə tutur – H.). Oteldəki şərait, yeməklər, bizə olan münasibət – hamısı mükəmməldir. Ölkə və şəhər adına da ən xoş sözləri deyə bilərəm. Yeganə mənfi cəhət uduzmağımız oldu.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti