“Hələ Azərbaycandan təklif almamışam, gələcəyimlə bağlı qərarı yaxın günlərdə verəcəm”

02:00 Araz-Naxçıvan 99
“Hələ Azərbaycandan təklif almamışam, gələcəyimlə bağlı qərarı yaxın günlərdə verəcəm”

“Hər şey növbəti oyundan asılı olacaq. Avrokuboka çıxmaq üçün hələ də şansımız var”.

Sportinfo.az xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın braziliyalı yarımmüdafiəçisi Felipe Santos futbolinfo.az-a müsahibəsində deyib.

– 27-ci turda sizi “Neftçi” ilə vacib oyun gözləyir. Hansı ki, rəqib keçən turdakı qələbə sayəsində “Araz-Naxçıvan”ı turnir cədvəlində qabaqladı. Matçdan gözləntiniz nədir?

– Fikrimcə, “Neftçi” ilə oyun çempionatın son turlarının necə keçəcəyini müəyyən edəcək. Qalib gəlməliyik. İndi kimlərin böyük oyunçu olduğunu göstərmək vaxtıdır. Bu matçı səbirsizliklə gözləyirəm.

– Hazırda altıncı pillədə qərarlaşan “Araz-Naxçıvan” avrokuboklara vəsiqə qazana biləcəkmi?

– Hər şey növbəti oyundan asılı olacaq. Avrokuboka çıxmaq üçün hələ də şansımız var. Ancaq “Neftçi” ilə görüşdə xal qazana bilməsək, rəqib fərqi artıracaq, nəticədə şanslarımız azalacaq.

– Bu mövsüm “Araz-Naxçıvan”ın performansında stabillik çatışmır. Bunun səbəbini nədə görürsünüz?

– Təəssüf ki, bu mövsüm planlaşdırdığımız kimi keçmədi. Məncə, Avropaya gedə biləcək heyətimiz var, amma çox şey baş verdi. Bununla belə, hələ də şansımız qalır.

– Artıq mövsümün sonu yaxınlaşır. Azərbaycanın və ya digər ölkələrin daha iddialı klublarından təkliflər gəlirmi?

– Hələ Azərbaycandan heç bir təklif almamışam. Buna baxmayaraq, diqqətim ilk növbədə Azərbaycandadır. Gələcəyimlə bağlı qərarı yaxın günlərdə verəcəyəm.

– “Araz-Naxçıvan” avrokuboklardan kənarda qalacağı halda, komandadan gedişiniz dəqiqləşəcək?

– “Araz-Naxçıvan”la müqaviləm iyun ayınadək qüvvədədir və indiyə qədər onun uzadılması ilə bağlı klub rəhbərliyindən heç bir təklif almamışam.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 Aprel 17:50 Çək və bizə göndər!
10 Aprel 02:10 “Quba” 5:1 qazandı