bu ilin yanvarında baş məşqçi postunda Eomar Baxşıyevi əvəzləyən Andrey Demçenkonun «Araz-Naxçıvan»ın sükanı arxasında qalmasının yeganə şərti məlum olub.
Ukraynalı mütəxəssis gələn mövsümsü də Azərbaycanda keçirmək istəyirsə, «ağ-qırmızılar»ı bu yay avrokuboklara aparmalıdır.
Bu tələb klub rəhbərliyi tərəfindən müqaviləyə əlavə edilib. O, qarşısına qoyulan məqsədə çatarsa, kontraktı 2027-ci ilin yayına qədər uzadılacaq.
Muxtar Respublika təmsilçisi Premyer Liqanın geridə qalan bölümündə 39 xal toplayıb.
Komanda 26 turdan sonra turnir cədvəlinin altıncı pilləsində yerləşib.
SPORTİNFO.AZ

