Premyer Liqa komandası 100 min manatı “yeyə” bilmədi

10:40 Araz-Naxçıvan 275
Premyer Liqa komandası 100 min manatı “yeyə” bilmədi

«Araz-Naxçıvan»ın futbolçuları bu həftə 100 min manat qazanmaq fürsətini qaçırıb.

Qeyd olunan məbləğ onlara Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Zaur Axundov tərəfindən vəd edilib.

Premyer Liqanın 26-cı turu çərçivəsində «Sabah»la keçirilən matçıdan öncə komanda üzvləriylə görüşən NFF-nın başçısı qələbə müqabilində göstərilən rəqəmdə vəsait ödəyəcəyini bildirib.

Naxçıvan təmsilçisi ilk hissənin gedişində Felipe Santos və Hamiudu Keyta ilə iki dəfə önə keçsə də, fasiləyə bərabərliklə yollanıb.

İkinci hissədə isə qapısından daha iki top buraxan «ağ-qırmızılar» 2:4 hesablı məğlubiyyətlə barışıb.

«Araz-Naxçıvan» bu yenilgidən sonra turnir cədvəlində yuxarı qalxmaq şansını qaçırıb. 39 xala malik komanda altıncı pillədə qalıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti