Klubun prezidentini dəyişdi, yeni sponsorlar tapmağa başladı - SON DƏQİQƏ XƏBƏRİ!

16:00 Araz-Naxçıvan 278
Klubun prezidentini dəyişdi, yeni sponsorlar tapmağa başladı - SON DƏQİQƏ XƏBƏRİ!

Ceyhun Sultanov yaxın günlərdə “Araz-Naxçıvan”ın prezidenti olacaq.

O, bu postda Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Zaur Axundovun qardaşı Ramin Axundovu əvəzləyəcək.

Təyinatın gələn həftə rəsmiləşməsi gözlənilir.

Ceyhun Sultanov ötən ilin mayından bəri “Araz-Naxçıvan”da çalışır. Z.Axundov əsas komandanın seleksiya işlərini ona tapşırıb.

Aldığımız yeni məlumata görə, NFF-nın prezidentinin “ağ-qırmızılar“la bağlı mühüm planları var. Hələ bir neçə il kluba nəzarəti öz əlində saxlamaq fikrindədir.

Vaxtilə “Bakı“, “Sumqayıt“, “Neftçi“ və “Keşlə“də (indiki “Şamaxı“da çalışmış yaxın dostunu vəzifəyə gətirməkdə məqsədi də budur.

Klubu ona tapşırandan sonra sponsor məsələsini yoluna qoymağı düşünür. Axundov “Araz“ın funksionerləri ilə söhbətində bu mövzuya “körpü“ salıb.

Bildirib ki, növbəti mövsümdən etibarən Muxtar Respublika təmsilçisinə yeni dəstəkçilərin qoşulmasına çalışır.

O, bu məqsədlə bir neçə naxçıvanlı iş adamıyla danışıqlar apardığını söyləyib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti