Ötən günləri keçmiş “Qarabağ”lının yadına salanda:
“Qarabağ”dan ayrılan əksər futbolçular nə vaxtda bu komandaya qarşı rəqib qismində oynayanda mütləq ki, qeyri-adi hisslər keçirir.
Biri var, iddialı kollektivdə top qovasan, biri də var, hansısa ortababın birindı. Fərq istər-istəməz özünü göstərir, hansısa mənada hiss etdirir.
Məsələn, Patrik Andrade kimi.
Vaxtilə “Qarabağ”ın aparıcı simalarından sayılan, daxili və xarici yarışlarda zəngin təcrübə toplayan Kabo-Verde millisinin üzvü yaydan bu yana “Araz-Naxçıvan”ın uğurları üçün tər tökür.
Və həmin “Araz-Naxçıvan” Premyer Liqanın 23-cü turu çərçivəsində Patrikin küçmiş komandası “Qarabağ”a 0:6 hesabı ilə uduzdu.
Maraqlıdır, Andrade həmin matçda hansı hisləri keçirib? “Qarabağ”lı günləri üçün darıxır? Bu gün “köhlən atlar”ın sıralarında olmaq arzusu ürəyindən keçir?
Öz dilindən eşidək:
“Hər bir insan keçmişini unutmamalıdır. Çünki oradan xatirələr var. Lakin keçmişlə yaşamağın tərəfdarı deyiləm.
Belə olduqda gələcək sənin üçün maraqsız görünə bilər. “Qarabağ”da yaxşı günlər keçirmişəm, özümü xoşbəxt hiss etmişəm.
Formanı geyindiyim müddətdə əlimdən gələnin ən yaxşısını etməyə çalışmışam.
“Qarabağ”da çox yaxşı dostlar qazanmışam ki, bu gün də münasibət saxlayırıq. Bütün yarışlarda onlara uğurlar arzulayıram.
Bu, mənim işimdir. Dünən “Qarabağ”daydım, bu gün “Araz-Naxçıvan”da. Həyat və dostluqlar davam edir.
O ki qaldı, 0:6-ya, “Qarabağ”ın səviyyəsi göz önündədir. Vaxtilə orada olduğum üçün “Qarabağ”ı saxlamağın çətin olduğunu bilirəm”.
33 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisinin şərəfini qoruduğu müddətdə bütün yarışlarda 149 oyunun iştirakçısı olmaqla 16 qol vurub, eyni sayda qolun ötürməsini verib.
HƏBİB / SPORTİNFO.AZ

