«Araz Naxçıvan» yeni mövsümdə sponsorsuz qalmayacaq.
Saytımız bununla bağlı son dəqiqə məlumatı əldə edib.
Redaksiyamıza daxil olan informasiyaya görə, Muxtar Respublikanın rəhbərliyi klubun perspektivini nəzərə alaraq, bu məsələnin həlli istiqamətində addım atıb.
Bir müddətdir danışıqlar aparılan üç şirkətdən biriylə anlaşma əldə edilib. Naxçıvanlı iş adamına məxsus biznes qurumu «ağ-qırmızılar»ı maliyyələşdirməyi öz üzərinə götürüb.
Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Zaur Axundov «Araz-Naxçıvan»ın məşqçi və futbolçularına xəbərdarlıq edib.
Həmin xəbərdarlığa əsasən, əgər komanda cari mövsümün sonunda avrokuboklara vəsiqə qazana bilməsə, o, «ağ-qırmızılar»a maliyyə dəstəyini dayandıracaq.
NFF-nin birinci şəxsinin adından kollektiv üzvlərinə bu barədə məlumat verilib. Bildirilib ki, bu sezon kluba Axundovdan savayı maddi kömək edən yoxdur.
Naxçıvan bölgəsindən olan bir sıra biznesmenlər yardım göstərəcəklərinə söz versə də, məsələ sözdən işə keçən əsnada onların hamısı tək qalıb. Axundov isə belə vəziyyətdə bütün yükü öz üzərinə çəkmək niyyətindən uzaqdır.
Muxtar Respublika təmsilçisi ölkə kubokunda mübarizəni 1/8 final mərhələsində dayandırıb. «Araz»ın ötən yay olduğu kimi, bu il qitə arenasına çıxmasının tək yolu Premyer Liqadan keçir.
SPORTİNFO.AZ

