“Çox yaxşı komandaya, kollektivə sahibik”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Araz-Naxçıvan”ın brazliyalı müdafiəçisi Bruno Franko deyib.
Azərbaycanda ilk mövsümünü keçirən cənubi amerikalı legioner formasınıə geyindiyi “ağ-qırmızlar”ın avrokuboklara vəsiqə şansını real hesab edir:
“Özümüzü heç bir rəqibdən zəif hesab etmirik. Turnir cədvəlindəki vəziyyətə baxsaq, komandalar arasında ciddi xal fərqi yoxdur.
2-3 oyunda yaşana biləcək fərqli nəticələr cədvəldə dəyişikliyə səbəb ola bilər.
Daha çox çalışmaqla istəyimizə çata bilərik. Və hunu bacaracağımıza inanıram”.

