Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Zaur Axundov «Araz-Naxçıvan»ın futbolçularını bağışlayıb.
NFF-nın birinci şəxsi 1000 dollar cərimə qərarını artıq dəyişdirib.
Səbəb komandanın Premyer Liqanın son iki turunda «Karvan»a Mərdəkanda 2:1, səfərdə «Şamaxı»ya 1:0 hesabıyla qalib gəlməsidir.
«Ağ-qırmızılar» 25 tura 39 xal toplayıb və turnir cədvəlinin beşinci pilləsində yerləşib.
Dördüncü sıradakı «Zirə»dən 3 xal geri qalan Muxtar Respublika təmsilçisi hələ də avrokuboklara vəsiqə qazanmaq şansını özündə saxlayıb.
1000 dollar cərimə barədə qərar «Qarabağ»la matçdan sonra verilib.
Premyer Liqanın 23-cü tur matçında «köhlən atlar»a 0:6 hesablı məğlubiyyətdən sonra baş məşqçi Andrey Demçenko rəhbər şəxsin hər bir futbolçuya ərimə kəsməsini mediaya açıqlamışdı.
SPORTİNFO.AZ

