ŞOK XƏBƏRDARLIQ! Avrokuboklara vəsiqə qazanmasalar, o, kluba daha pul buraxmayacaq

11:05 Araz-Naxçıvan 360
ŞOK XƏBƏRDARLIQ! Avrokuboklara vəsiqə qazanmasalar, o, kluba daha pul buraxmayacaq

Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Zaur Axundov «Araz-Naxçıvan»ın məşqçi və futbolçularına xəbərdarlıq edib.

Həmin xəbərdarlığa əsasən, əgər komanda cari mövsümün sonunda avrokuboklara vəsiqə qazana bilməsə, o, «ağ-qırmızılar»a maliyyə dəstəyini dayandıracaq.

NFF-nin birinci şəxsinin adından kollektiv üzvlərinə bu barədə məlumat verilib. Bildirilib ki, bu sezon kluba Axundovdan savayı maddi kömək edən yoxdur.

Naxçıvan bölgəsindən olan bir sıra biznesmenlər yardım göstərəcəklərinə söz versə də, məsələ sözdən işə keçən əsnada onların hamısı tək qalıb. Axundov isə belə vəziyyətdə bütün yükü öz üzərinə çəkmək niyyətindən uzaqdır.

Muxtar Respublika təmsilçisi ölkə kubokunda mübarizəni 1/8 final mərhələsində dayandırıb. «Araz»ın ötən yay olduğu kimi, bu il qitə arenasına çıxmasının tək yolu Premyer Liqadan keçir.

Burada isə turnir cədvəli komandanın üzünə gülmür. 25 tura 39 xal toplamış region mənsubu beşinci pillədə məskunlaşıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti