Keçmiş “Qarabağ”lı: “Qələbələrə ehtiyacımız var”

11:40 Araz-Naxçıvan 91
Keçmiş “Qarabağ”lı: “Qələbələrə ehtiyacımız var”

24-cü turda autsayder “Karvan-Yevlax”ı çətinliklə - 2:1 hesabı ilə məğlub edən “Araz-Naxçıvan” çərşənbə günü Şamaxıda meydana çıxacaq.

Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan Naxçıvan təmsilçisini bölgədə kifayət qədər ciddi sınaq gözləyir.

İddialı rəqiblərə badalaq vurması ilə ad çıxaran “Şamaxı” son 5 oyunda məğlub olmayıb. 4 dəfə bərabərə qalıb, ötən həftə səfərdə “Sumqayıt”ı udub.

“Araz-Naxçıvan”ın təcrübəli futbolçularından olan keçmiş “Qarabağ”lı Patrik Andrade Sportinfo.az-a açıqlamasında qarşıdakı matçla bağlı fikirlərini dilə gətirib:

“Şamaxı”ya qarşı oynamaq bütün komandalar üçün çətindir. Müdafiədə sıxlıq yaradıb, əks-hücumlarda təhlükəli olurlar.

Hər iki komanda üçün çətin oyun olacaq. İlk dövrədəki görüşdə hesabı bərabərləşdirib 1 xal qazanmışdıq.

Qış fasiləsi ərəfəsində isə 2:0 məğlub etmişdik. Hər iki qarşılaşma maraqlı alınmışdı.

Baş məşqçinin tapşırıqlarını düzgün yerinə yetirməklə 3 xal üçün mübarizə aparacağıq.

İndiki vəziyyətdə qələbələrə ehtiyacımız var. Bunun üçün gücümüzün olduğunu düşünürəm”.

Martın 18-də Şamaxı şəhər stadionunda baş tutacaq oyunun start fiti saat 15:00-da çalınacaq.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti