Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Zaur Axundov bir neçə həftəlik fasilədən sonra «Araz-Naxçıvan»da toplantı keçirib.
Bu barədə klubdan saytımıza bildirilib.
Redaksiyamıza verilən informasiyaya görə, Z.Axundov həm məşqçi heyəti, həm də futbolçularla görüşüb.
Toplantı 1 saatdan çox davam edib. NFF-nın birinci şəxsi Premyer Liqanın ötən turunda «Karvan»ı 2:1 hesabıyla udan «ağ-qırmızılar»la şərt kəsib.
O, bu gün «Şamaxı» ilə keçiriləcək 25-ci turun səfər matçında qələbə qazanılacağı təqdirdə, iki oyunun mükafatını bir yerdə verəcəyini söyləyib.
Federasiya başçısı komandanın son həftərdə sərgilədiyi futbolun ona qane etmədiyini dilə gətirib.
Eyni zamanda, xatırlatma edib ki, builki hədəf dəyişməyib, avrokuboklara vəsiqə uğrunda mübarizə son turadək sürməlidir, qətiyyən geri çəkilmək olmaz.
SPORTİNFO.AZ

