“Araz-Naxçıvan” ciddi itki ilə üzləşib.
Sportinfo.az xəbər verir ki, komandanın əsas futbolçularından olan Coşqun Diniyev cəzalı vəziyyətə düşüb.
Buna səbəb, yarımmüdafiəçinin Misli Premyer Liqasının 24-cü turunda “Karvan-Yevlax”la oyunda aldığı sarı vərəqədir.
Mövsüm ərzində dördüncü dəfə bu vəziyyətlə rastlaşan C.Diniyev 25-ci turda “Şamaxı” ilə səfər oyununda iştirak etməyəcək.
“Şamaxı” - “Araz-Naxçıvan” qarşılaşması martın 18-də keçiriləcək.

