“Qarabağ”a biabırçı məğlubiyyətdən sonra qruplaşmalar ləğv olundumu?

17:00 Araz-Naxçıvan 106
“Qarabağ”a biabırçı məğlubiyyətdən sonra qruplaşmalar ləğv olundumu?

«Araz-Naxçıvan» Andrey Demçenko ilə üçüncü qələbəsini «Karvan» üzərində əldə etdi.

Bununla «Qarabağ»a 0:6 hesablı biabırçı məğlubiyyəti unutdurdularmı?

Qətiyyən tələsməyək və bu istiqamətdə hər hansı nikbin mülahizə yürütməyək. Yenə yanılayacağıq yoxsa.

Əvvəl də «Araz» da bir neçə qruplaşma olub. Demçenkonun təyinatından sonra onlar aktivləşib.

Hətta o qədər fəallaşıblar ki, yeni baş məşqçi də «Qarabağ»la oyundan sonra bu bölünməni inkar etmədi, əksinə, daha dərinə getdi, ad çəkmədən bəzi futbolçuların məğlubiyyətə «yaşıl işıq» yandırdığını söylədi.

Mümkündürmü ki, aylarla formalaşmış qruplaşmalar bir neçə günün içində ləğv olunsun, hər şey öz axarına düşsün?

«Araz»dakı bölünmənin əlamətləri «Karvan»la matçda da «bərq vurdu». Düzdür, Demçenko ötən oyuna baxanda əsas heyətdə müəyyən dəyişiklər etmişdi, ancaq ikinci hissədə qələbə hesabı bərabərliklə əvəz oluna bilərdi.

«Karvan» son dəqiqələrdə yaxaladığı o epizodu qola çevirsəydi, görün, ukraynalı çalışdırıcı mətbuat konfransında nələr danışacaqdı.

Onda «get-gedə daha yaxşı oynayırıq» açıqlaması verməyəcəkdi, yenə futbolçularından kimlərəsə «saplayacaqdı».

Əlqərəz, böhran hələ davam edir, geridə qalmayıb.

ELNUR

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti