Başqan ”Qarabağ”a görə “bunları cəzalandırın” demişdi, son anda görün nə etdi!

17:40 Araz-Naxçıvan 224
Başqan ”Qarabağ”a görə “bunları cəzalandırın” demişdi, son anda görün nə etdi!

Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Zaur Axundovun «Araz-Naxçıvan»ın futbolçularına qəzəbi soyuyub.

Klubun de-fakto sahibi onları cəzalandırmaq fikrindən dönüb.

NFF-nın birinci şəxsi komandanın son məşqinə gəlib, hazırlıq prosesini əvvəldən-axıra qədər izləyib.

Qurumun başçısı oyunçularla ümumi şəkildə görüşməyib, sadəcə, Andrey Demçenko ilə söhbətləşib. Baş məşqçi ilə danışan Axundov daha sonra avtomobilinə əyləşərək, ərazidən uzaqlaşıb.

Onun ardınca ukraynalı çalışdırıcı futbolçuları müjdələyib, Premyer Liqanın ötən turunda «Qarabağ»a 0:6 hesablı məğlubiyyətə görə təyin olunan cəza/cərimə tədbirinin ertələndiyini söyləyib.

«Araz-Naxçıvan» Premyer Liqanın 23-cü turunu məğlubiyyətlə geridə buraxdı. «Qarabağ»a yenilmələri gözlənilirdi, amma hesabın 0:6 olması…

Nəticə Andrey Demçenkonu çılğına döndərdi. Baş məşqçi matçsonrası mətbuat konfransında bununla əlaqədar çox açıq mesajlar verdi, ad çəkmədən bəzi futbolçuları qəsdən oynamamaqda suçladı:

«Hər bir komanda rəqibin ona verdiyi imkanlar qədər oynayır. Futbolçularım "Qarabağ"a imkan verdilər ki, onlar meydanda hər şeyi etsinlər.

Bu oyunda fikrimiz başqa idi. "Qarabağ"a daha çox pressinq edib, futbolçulara yaxın oynayıb, onları topsuz saxlamaq istəyirdik.

Pressinq komanda oyunudur. Hansısa oyunçu pressinq etməyəndə, bütün kollektivə təsir edir.

Buraxdığımız ilk qol bizə çox təsir etdi. Qapıçımız səhv etdi, penaltidən əvvəl qapıçımız önə çıxaraq topu götürməli idi.

Belə hal baş verirsə, rəqibə daha çox özgüvən verirsiz və nəticə də belə olur. Bu cür oyuna görə azarkeşlərimizdən üzr istəyirəm.

Onlar bugünkü məyusluğa layiq deyildilər. Futbolda 11 nəfər yox, bütün komanda oynayır.

Bu gün oyunda bizdə iki qrup var idi. Bir qrup oyunu istəyirdi, digəri istəmirdi.

Məğlubiyyətə görə səbəbkar təkcə oyunçular deyil. Məşqçilər korpusunun da səhvi var.

"Qarabağ" kimi ÇL-də oynayan komandaya qarşı asan deyil. Matçdan əvvəl də bəzi futbolçularda narahatlıq var idi.

Sanki çəkinirlər. Bu da futbolçulara doğru qərar verməyə çətinlik törədir.

Bu cür təsiredici məğlubiyyətdən sonra futbolçular cərimələnəcək. Bu, birbaşa klub prezidentinin göstərişidir».

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti