Azərbaycanda problemlər yaşayan komandaya 50000 manat verildi

15:00 Araz-Naxçıvan 255
Azərbaycanda problemlər yaşayan komandaya 50000 manat verildi

“Araz Naxçıvan“ın futbolçularının bu ilin ilk 2 ayı ərzində nə qədər pul qazandığı məlum olub.

Muxtar Respublika təmsilçisi yanvardan bəri keçirdiyi 7 oyunda əldə etdiyi iki qələbəyə görə 50 min manat irəli düşüb.

Bu vəsait kollektivə Zaur Axundov tərəfindən ödənilib. Naxçıvan Futbol Federasiyasının prezidenti «Sumqayıt»ı 1:0, «Karvan»ı 2:0 udan komandaya məhz bu qədər mükafat verib.

«Ağ-qırmızılar» Premyer Liqanın 23 həftəsi ərzində 33 xal toplayıb. «Ağ-qırmızılar» bu göstərici ilə turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb.

Qış fasiləsindən sonra Elmar Baxşıyevlə vidalaşan «Araz-Naxçıvan»ı hazırda Andrey Demçenko çalışdırır.

Bölgə mənsubu ukraynalı baş məşqçinin rəhbərliyi altında 1 heç-heçə edib, dörd məğlubiyyət alıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti