Mövsümün sonu “Araz-Naxçıvan”ı tərk edəcək ilk oyunçunun kimliyi məlum olub.
Əldə etdiyimiz məlumata görə, Bar Kohenlə yollar ayrılacaq.
Müqaviləsi yayda başa çatacaq orta sahə oyunçusunun xidmətində klub maraqlı deyil.
Böyük ümidlərlə transfer edilən 24 yaşlı futbolçu özünü yaxşı tərəfdən göstərə bilmədi.
Heç oyunçu özü də buradakı çıxışından məmnun deyil.
Bar böyük ehtimalla karyerasını ölkəsində davam etdirəcək.
O, "Araz" qədər də ancaq İsrail klublarında çıxış edib.
Müxtəlif illərdə “Makkabi Tel-Əviv”, “Beytar Tel-Əviv”, “Hapoel Hayfa” klublarında çıxış edən hücumameyilli yarımmüdafiəçi son iki mövsümü “Makkabi Netaniya”da keçirib.
Karyerasında ilk dəfə ölkəmizdə legioner həyatı yaşıyan futbolçu İsrailin U-17, U-18, U-19 və U-21 millilərinin də üzvü olub.
XANOĞLAN / SPORTİNFO.AZ

