Misli Premyer Liqasının 22-ci turunda “Zirə” ilə oyunda zədələnən “Araz-Naxçıvan”ın müdafiəçisi Ömər Buludovun zədəsi ciddi deyil.
Sportinfo.az xəbər verir ki, onun növbəti turda meydana çıxıb-çıxmayacağı baş məşqçi Andrey Demçenkonun qərarından asılı olacaq.
Eyni zamanda, “Araz-Naxçıvan”ın digər iki üzvü - Urfan Abbasov və Vanderson Melo - zədələrini sağaldaraq komandaya qoşulublar.
Naxçıvan təmsilçisi Misli Premyer Liqasının 23-cü turunda səfərdə “Qarabağ”la üz-üzə gələcək.
Hazırda “Araz-Naxçıvan” turnir cədvəlində 33 xalla beçinci pillədə qərarlaşıb. “Qarabağ” isə 46 xalla ikinci yerdədir.

