Azərbaycanda klubun sahibinin dəyişməsi gündəmdə - Üç sponsorla görüşdülər

20:40 Araz-Naxçıvan 305
Azərbaycanda klubun sahibinin dəyişməsi gündəmdə - Üç sponsorla görüşdülər

«Araz-Naxçıvan», böyük ehtimalla, növbəti mövsümə yeni təsisçi və yeni himayədarla başlayacaq.

Bununla bağlı redaksiyamıza son dəqiq məlumatı daxil olub.

Əldə etdiyimiz informasiyaya görə, hazırda 3 naxçıvanlı iş adamıyla danışıqlar aparılır. Naxçıvan Muxtar Respublikasının rəhbərliyi klubun onların «çətir»i altına keçməsini istəyir.

Hər şey nəzərdə tutulduğu kimi getsə, «ağ-qırmızılar» idarəçiliyi əl dəyişəcək və təsisçilik payı üç biznesmen arasında bölüşdürüləcək.

Onlardan biri Naxçıvanda, digər ikisi isə Bakıda fəaliyyət göstərən şirkətin sahibidir.

Region təmsilçisi 2023-cü ildən Premyer Liqada çıxış edir. Həmin vaxtdan bəri klub Zaur Axundovun kurasiyasındadır.

O, prezident vəzifəsinə qardaşı Ramin Axundovu gətirib. Sonuncunun isə bir müddət əvvəl Azərbaycanı tərk etdiyi deyilir.

Bir müddət öncə ictimai-siyasi mediada yayılan xəbərlərə görə, Z.Axundovun biznes sferasında problemləri yaranıb. Onun maliyyə rıçaqlarının əhəmiyyətli hissəsini qısa müddətdə itirdiyi iddia olunur.

Bu üzdən gözlənilir ki, o, iyunda «Araz-Naxçıvan»la bütün bağlarını qoparacaq və futbol sferasından birdəfəlik çəkiləcək. Bunu iş adamının yaxın çevrəsi də istisna etmir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti