Sportinfo.az xəbər verir ki, "Araz-Naxçıvan" Misli Premyer Liqasının 23-cü turu çərçivəsində "Qarabağ"la baş tutacaq matçın hazırlıqlarını davam etdirir.
Klubun yaydığı məlumata görə, "qırmızı-ağlar"ın heyətində bir müddət zədəli olan kapitan Urfan Abbasov da fərdi məşqlərə başlayıb.
"Qarabağ" - "Araz-Naxçıvan" matçının start fiti martın 8-i saat 19:15-də səslənəcək.


