"Klubumuzun rəhbəri heç vaxt kiməsə borclu qalmaz, təzminatı alırlar"

18:00 Araz-Naxçıvan 257
"Klubumuzun rəhbəri heç vaxt kiməsə borclu qalmaz, təzminatı alırlar"

«Bizim aramızda hər şey əvvəlcədən danışılmış kimidir və qaydasındadır».

«Araz-Naxçıvan»ın icraçı direktoru Eldəniz Yusifov Sportinfo.az-a açıqlamasında belə deyib.

Təcrübəli idarəçi iddia edib ki, klub rəhbərliyi Elmar Baxşıyev və köməkçiləri qarşısında götürdüyü öhdəlikləri yerinə yetirir.

Yanvarın əvvəlində istefaya göndərilən baş məşqçi və onun yardımçılarının təzminatı aybaay ödənilir:

«İki aydır gediblər və bu müddətdə pullarını alırlar. Klubumuzun elə rəhbəri var ki, o, heç vaxt kiməsə borclu qalmaz və qalmaq istəməz.

Bunu Elmar müəllim də bilir, başqaları da. Elmar müəllimdən soruşa bilərsiz, deyəcək ki, «Araz-Naxçıvan» öhdəliyini yerinə yetirir, hər ay pulumuzu ödəyir.

Biz onunla bu cür razılaşmışdıq: danışmışdıq ki, təzminatını hissə-hissə alacaq. Bu, iyunadək belə olacaq».

Baxşıyev 2024-cü ilin aprelindən 2025-ci ilin sonunadək «Araz-Naxçıvan»ı çalışdırıb.

«Ağ-qırmızılar» həmin müddətdə tarixində ilk dəfə Premyer Liqanın bürünc medallarını qazanıb və Konfrans Liqasında iştirak edib.

Burada isə Yunanıstan «Aris»ini ilkin mərhələdən uzaqlaşdırıblar.

Komanda bu mövsümə gözlənilən səviyyədə başlamadığından və ölkə kuboku ilə erkən vidalaşdığından, o, iş yerini itirib, Anlrey Demçenko görəvə gətirilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
1 Mart 22:20 ETOPAZ 14 yaşında