O, getdi, düzəlmədi - O, gəldi, vəziyyət lap pisləşdi!

17:40 Araz-Naxçıvan 163
O, getdi, düzəlmədi - O, gəldi, vəziyyət lap pisləşdi!

«Araz-Naxçıvan»ın enişli-yoxuşlu həftələri bir-birini əvəz etməkdədir.

«Sumqayıt» və «Karvan» üzərində qələbənin davamını «Zirə» ilə qarşılaşmada gətirə bilmədilər.

Bu komanda avqusldan yanvara kimi, yəni, Elmar Baxşıyevin vaxtında pis oynayırdı. İndi isə pis oynamır, lap pis oynayır.

Andrey Demçenko sükanı təhvil alandan sonra hər şey lap bərbadlaşıb. Ukraynalının özü də bilmir ki, o, iş görür, niyə buradadır, nə edəcək.

Onun hansısa fikirdə olması komandanın simasından oxunmur.

Səhvlər, səhvlər, yenə də səhvlər! Demçenko 1 aydan çoxdur ancaq bu səhvlərdən danışır. Onları necə aradan qaldırmağın nə yolunu tapır, nə çarəsi.

Elə hey ancaq gileylənir, iş isə görmür.

«Zirə» avrokuboklar yolunda «Araz»ın əsas rəqiblərindən biridir. Demçenko dünənki matça hazır çıxmamışdı, rəqibi yerli-yataqlı analiz etməmişdi.

Şarl Boli kimi yüksəködənişli legionerlərin gözü isə yenə onda deyildi, Rauf Cabarovda idi.

Ki, cərimə meydançasında xırda bir toxunma olan kimi özlərini yerə atsınlar, bəlkə baş hakim penalti nöqtəsini göstərsin.

Belə yerdə VAR-ın varlığına şükür edirsən. Öz-özünə deyirsən ki, nə yaxşı varsan, VAR! Yoxsa hakimlərə “sallayıb” qalarlar.

ELNUR

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti