ŞOK - Premyer Liqa klubundan pul ala bilməyən legioner “Sportinfo”ya üz tutdu

20:40 Araz-Naxçıvan 325
ŞOK - Premyer Liqa klubundan pul ala bilməyən legioner “Sportinfo”ya üz tutdu

Ötən ilin yanvarında “Araz-Naxçıvan”la 1,5 illik müqavilə bağlayan Əyyub Allaş klubdan şikayətçidir.

Mərakeş və Belçika vətəndaşlığını daşıyan legioner klubun yerinə yetirməli olan öhdəliklərdən boyun qaçırdığını iddia edir.

Çıxılmaz vəziyyətdə qalan 28 yaşlı yarımmüdafiəçi redaksiyamıza göndərdiyi məktubda başına gələnləri nəql edib:

“Araz-Naxçıvan” tərəfindən mənə göstərilən münasibətdən dərin təəssüf hissi keçirirəm.
Mənə məxsus olan maaşın tam məbləği ödənilməyib. Uçuş xərclərimi özüm qarşılamağa məcbur olmuşam. Daha narahatedici məqam isə odur ki, yüksək tibbi xərcləri və əməliyyat haqqını da özüm ödəmişəm. Halbuki peşəkar müqaviləsi olan futbolçu üçün bu, qəbuledilməz haldır.
Zədələndikdən sonra kənarda saxlanılmağımın AFFA qaydalarına zidd olduğunu düşünürəm. Sağaldıqdan sonra isə qüvvədə olan peşəkar müqaviləmə baxmayaraq, komandaya qayıtmaq üçün ödəniş etməli olduğum bildirildi. Bu, tamamilə qəbuledilməzdir.
Hətta bəzi hallarda sadəcə yemək üçün kiçik məbləğdə nağd pul verilməsi kimi anormal vəziyyətlərlə də qarşılaşmışam. Bu cür yanaşma peşəkar futbol səviyyəsinə uyğun deyil.
Bütün bunlar mənim üçün xüsusilə məyusedicidir. Çünki mən özümü Azərbaycanda evimdəki kimi hiss edirəm və həm ölkəyə, həm də AFFA-ya hörmət və etimad bəsləyirəm.
Ümid edirəm ki, bu məsələ tezliklə ədalətli şəkildə həll olunacaq. İnanıram ki, FIFA operativ şəkildə tədbir görəcək və mən də karyeramı davam etdirərək mənə məxsus olan haqları nəhayət ala biləcəyəm.
Ədalətin bərqərar olacağına inanıram”.

Allaş ötən mövsümün ikinci yarısında “Araz-Naxçıvan”ın heyətində 7-si Premyer Liqada, 1-i Azərbaycan kubokunda olmaqla ümumilikdə 8 oyunda iştirak etməklə 1 qol ötürməsi ilə fərqlənib.
Mart ayında aldığı ağır zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalıb.
Buna qədər isə “Qəbələ”nin şərəfini qoruduğu 56 görüşdə 10 qol vurub, 10 assistin müəllifi olub.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti