«Ümid edirəm ki, əsas heyətdəki yerimi qoruyacam».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Araz-Naxçıvan»ın hücumçusu Ramon Maçado deyib.
Ötən ilin yayında ağır zədə aldığı üçün mövsümün ilk yarısında yaşıl sahələrdən uzaq qalan braziliyalı artıq çətin dönəmi geridə qoyub.
«Ağ-qırmızılar»ın formasını ikinci sezondur geyinən «sambaçı» söyləyib:
«Baş məşqçi 11 nəfəri seçir və onlardan cəmi 1-i hücumçu olur. Ona görə də bəzən kənarda qalmaqda qeyri-adi heç nə görmürəm.
Andrey Demçenko son oyunlarda şans verdi, mən də bundan istifadə etməyə çalışdım.
Növbəti matçlarda necə olacağını isə zaman göstərəcək. Hər halda ümidliyəm ki, etimad göstərsə, baş məşqçini peşman etmərəm».

