Demçenko Azərbaycanda ikinci qələbəsini Yevlaxda qazandı.
Ona bu xoşbəxtliyi Felipe Santos yaşatdı.
Vurduğu iki qolla.
Ukraynalı mütəxəssis ilk günlər braziliyalı vingeri yanında əyləşdirirdi.
Barəsində ünvanlanan suallara isə onun müdafiə xəttinə kömək etməməsini qabardırdı.
"Neftçi" və "Sabah"dan alınan ağır məğlubiyyətlər əcnəbi baş məşqçini qış yuxusundan ayıltdı.
"Tələblər"lə matçda oyuna sonradan daxil olub təsəlli qolunu vurdu.
Start heyətində meydanda çıxdığı son iki qarşılaşmada isə Muxtar respublika təmsilçisi önəmli qələbələr qazandı.
Bəli, 29 yaşlı legionerin müdafiə olunmaqla bağlı problemləri var.
Amma bu da aydın həqiqətdir ki, onsuz "Araz"ın hücum potensialı sıfıra bərabərdir.
Demçenko də bu həqiqəti anladı.
Bir qədər gecikmiş olsa belə.
Bu da nəticəsi...
XANOĞLAN / SPORTİNFO.AZ

