Misli Premyer Liqasının XXI turunda "Araz-Naxçıvan" səfərdə "Karvan Yevlax"la üz-üzə gəlib.
Sportinfo.az xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan oyun qonaqların 2:0 hesablı qələbəsi ilə bitib.
Naxçıvan kollektivinin heyətində Felipe Santos 32 və 51-ci dəqiqədə fərqlənməklə dubl edib. Braziliyalı futbolçu ikinci qolu penaltidən vurub.
Bununla da komanda Andrey Demçenkonun rəhbərliyi altında ardıcıl ikinci qalibiyyətini əldə edib.
"Araz-Naxçıvan"33 xalla turnir cədvəlinin beşinci sırasına yüksəlib. Sonuncu olan "Karvan-Yevlax" isə 6 xalla on ikinci pillədə yer alıb.
“Karvan” - “Araz-Naxçıvan” 0:2
Yevlax şəhər stadionu, 1000 tamaşaçı
Baş hakim: İnqilab Məmmədov
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Rahil Ramazanov
Dördüncü hakim: Ruslan Quliyev
VAR: Tural Qurbanov
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Nəriman Axundov
Sarı vərəqə: Slavik Alxasov, 84 (qeyri-idman hərəkəti)
Qollar: Felipe Santos, 32; 50, (p.)
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 4 dəq.
“Karvan-Yevlax”
99. Pedro Mateuş
6. Vadim Abdullayev (k)
(42. İbrahim Qədirzadə, 67)
33. Eltun Turabov
(17. Samir Abdullayev, 60)
14. Uğur Cahangirov
(8. Peter Kings, 67)
16. Rauf Rüstəmli
(10. Samuel Durrant, 54)
5. Emin Rüstəmov
2. Şakil Sno
11. Kayl Spens
37. Mois Nqvisani
19. Tompson Qavi
21. İmani Barker
Ehtiyat oyunçular:
1. Kamran İbrahimov
25. Əmrah Bulud
32. Elvin Yunuszadə
13. Vüsal Məsimov
4. Olavale Doyeni
Baş məşqçi: Füzuli Məmmədov
“Araz-Naxçıvan”
12. Kristian Avram
3. Bəxtiyar Həsənalızadə (k)
5. Slavik Alxasov
8. Coşqun Diniyev
(23. Nuno Rodriqes, 77)
4. Rahil Məmmədov
26. Ömər Buludov
24. Mustafa Əhmədzadə
(19. Bar Kohen, 77)
16. Ramon Maçado
(11. Ba-Muaka Simakala, 77)
6. Patrik Andrade
7. Hamidu Keyta
(70. Şarl Boli, 63)
10. Felipe Santos
(14. Ülvi İsgəndərov, 71)
Ehtiyat oyunçular:
94. Tərlan Əhmədli
17. İssuf Paro
77. Bruno Franko
Baş məşqçi: Andrey Demçenko

