Sizə Elçin lazımdır, bu xarici baş məşqçi nəyinizə gərək?

17:40 Araz-Naxçıvan 235
Sizə Elçin lazımdır, bu xarici baş məşqçi nəyinizə gərək?

Andrey Demçenko Azərbaycanda keçirdiyi dördünc oyunda şeytanın qıçını sındırdı.

«Araz-Naxçıvan» üç turluq uğursuz çıxışın ardından «Sumqayıt»ı məğlubiyyətə uğratdı.

Bu, yanvarda 5 aylıq müqaviləyə imza atmış ukraynalının aktivinə yazılmamalıdır,

Gerçəyə qalsa.«Araz» qazandığı 3 xaldan ötrü Elçin Məsiyevə minnətdar olmalıdır. Adını FİFA referisi qoyub, özü həvəskar səviyyədə oyun idarə edən Məsiyev bir ciddi səhvlə yadda qaldı.

Həmin ciddi səhv də «Sumqayıt»ın Mərdəkandan əliboş dönməsini rəsmiləşdirdi.

Əgər o, ilk hissədə qonaqların təmiz penaltisini versəydi, daha dəqiq desək, birinci qərarının üzərində dayansaydı, böyük ehtimalla, «Araz» vaxtından xeyli əvvəl ruhdan düşəcəkdi.

Məsiyev VAR kamerasının önündə dəqiqələr itirdi, gəl ki, bu da onun düzgünlüyə fit çalmasına kömək etmədi.

«Araz» turnir cədvəlində üzüaşağı yuvarlanmaq istəmirsə, Elçin kimi ədalət tərəzəsi düz çəkməyən hakimlərin ətəyindən möhkəm yapışmalıdır. Demçenkodan onlara yar olmayacaq yoxsa.

Yeni baş məşqçi futbolçularının nəyi bacarmasına nabələddir yenə. İşə başlamasından ayyarım ötüb, hələ də bələd olmayıb ki, kimin bacardığı nədir.

Müdafiədən qısa paslarla çıxmağı aşılamağın vaxtı deyil indi - Demçenko isə öz aləmindədir.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti