Prezident yeni baş məşqçidən əlini üzdü, narazı qaldı

09:40 Araz-Naxçıvan 254
Prezident yeni baş məşqçidən əlini üzdü, narazı qaldı

Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Zaur Axundov Andrey Demçenkonun

«Araz-Naxçıvan»ı uğursuzluq zolağından çıxaracağına şübhə ilə yanaşır.

Bölgə təmsilçisi Premyer Liqanın 20-ci turunu qələbə ilə tamamladı.

Mərdəkanda keçirilən oyunda «Sumqayıt»ı qəbul edən «ağ-qırmızılar» 3 xalı 1:0-la qazandı.

Axundov da görüşü izləyənlər arasında yer alıb. O, qalibiyyətə rəğmən, komandanın sərgilədiyi oyundan narazılığını VİP-lojada dilə gətirib. Xüsusən rəqibin meydanda 10 nəfərlə qalmasından sonra «Araz»dan üstün təsir bağışlamasından hiddətlənib.

NFF-nın birinci şəxsi ukraynalı yeni baş məşqçinin düzgün taktika seçmədiyini, futbolçuların onun verdiyi tapşırıqları yerinə yetirməyə çətinlik çəkdiyini söyləyib.

İş adamı qeyd edib ki, avrokuıboklara vəsiqə uğrunlda mübarizə aparan komanda müdafiə və hücum fazasında belə miskin təsir bağışlamamalıdır.

Bu matçdan əvvəl ictimai-siyasi mediada xəbər yayılmışdı ki, 2023-cü ilin yayından «Araz»ı qeyri-rəsmi formada himayəsinə götürmüş Axundova qarşı cinayət işi başlanılıb. Onun barəsində artıq qərar qəbul edilib.

Bakı Hərbi Məhkəməsinin qərarı ilə Zaur Axundov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Hakim təqsirləndirilən şəxsin daimi yaşayış yerinin olması, istintaqdan yayınma ehtimalının real görünməməsi səbəbindən prokurorun təqdimatını təmin edib.

Məlumat üçün deyək ki, ev dustaqlığı həbsə birbaşa alternativ qətimkan tədbiri sayılır. Bu tədbir təqsirləndirilən şəxsin yaşayış yerini tərk etməməsi və digər məhdudiyyətlərə əməl etməsi şərti ilə tətbiq olunur.

İş adamı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə - xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Z.Axundovun “Araz-Naxçıvan” futbol klubunun rəhbəri olan qardaşı Ramin Axundov isə siqaret qaçaqmalçılığı ilə bağlı aparılan cinayət işi üzrə axtarışdadır.

-nın birinci şəxsi dünənki matçdan bir qədər əvvəl stadiona təşrif buyurub və final fitindən az sonra oranə tərk edib. O. 90 dəqiqə ərzində pozitiv görünüb, VİP-lojada əyləşmiş şəxslərlə xeyli söhbətləşib.

Adətən, qələbə müqabilində komandaya mükafat təyin edən Axundov bu dəfə paltardəyişmə otağına enməyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Fevral 20:40 Rauf, uf, uf, uf...
17 Fevral 18:10 Çək və bizə göndər!