Braziliyalı hücumçu: “Yeni baş məşqçimiz bunun tərəfdarı deyil”

18 Fevral 22:20 Araz-Naxçıvan 134
Braziliyalı hücumçu: “Yeni baş məşqçimiz bunun tərəfdarı deyil”

Andrey Demçenkonun baş məşqçi postuna təyinatından sonra 2 matçda məğlub olub, yalnız 1 heç-heçə ilə kifayətlənən “Araz-Naxçıvan”, nəhayət, qələbə qazanmağı bacardı.

“Qırmızı-ağlar” əsas rəqiblərindən sayılan “Sumqayıt”la dueldən qalib ayrılmağı bacardı ki, oyunda yeganə qolu Ramon Maçado penalti zərbəsindən vurdu.

Yeni ildə ilk dəfə start heyətində yer alan braziliyalı forvard Sportinfo.az-ın suallarını cavablandırıb.

- Təxminən 2 aydan sonra qələbəyə sevinmək necə təsir bağışlayır?

- Sonuncu dəfə dekabrda qalib gəlmişdik. Bu qələbə turnir cədvəli və motivasiya baxımından bizə çox lazım idi. Əlimizdən gələni etdik ki, qələbə qazanaq. Vəziyyəti düzəldə bildik. Ona görə də hamı sevinclidir xoşbəxtdir.

- Komandaya nə olub? Sanki nələrsə baş verir.

- Hər komandada belədir, mövsümün gedişində baş məşqçi dəyişikliyi olanda, müəyyən vaxta ehtiyac duyulur. Çünki yeni gələn öz futbol fəlsəfəsini gətirir, tətbiq etməyə çalışır. Ona görə də oyun planında müəyyən axsamalar olur. “Neftçi” və “Sabah”la görüşlərdə əsas problem buraxdığımız erkən qollar idi. “Neftçi”dən 4-cü dəqiqədə buraxdıq, “Sabah”la görüşün 15-ci dəqiqəsində hesab artıq 3:0 onların xeyrinə idi. Həmin yenilgilərdən sonra təhlillər etdik, səhvlərimizi gördük və bu gün təkrarlamamağa çalışdıq. Fikrimcə, əsas səbəb az səhvə yol verməyimiz oldu.

- Andrey Demçenko sizdən nə tələb edir?

- Sözsüz ki, müəyyən dəyişikliklər var. Əsas tələbi hər zaman topla oynamaqdır. Hətta top müdafiəçilərdə olanda belə, hücuma topla çıxmağımızı istəyir. Uzun ötürmələrin tərəfdarı deyil. Məşqlərdə əsasən bunun üzərində işləyir, öyrənirik. Hər şeyi birdən-birə dəyişərək yaxşı nəticə əldə etmək mümkün deyil. Müəyyən qədər zaman tələb edən işdir, ancaq belə vəziyyətdə zamanımız yoxdur.

- Demçenkonun gəlişindən sonra ilk dəfə əsas heyətdə yer aldın. Uzun müddət ehtiyatda oturandan sonra özünü bu oyuna necə hazırladın? Bundan sonrakı şansını necə görürsən?

- Baş məşqçini başa düşməyə çalışıram. O, gələnə qədər Simakala daha çox qol vurmuşdu. Üstəlik, mövsümün müəyyən hissəsində zədə səbəbindən iştirak edə bilməmişdim.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
18 Fevral 23:30 Çək və bizə göndər!
18 Fevral 15:00 PFL və AFFA-nın muradı