Haqqında ŞOK XƏBƏR yayılan rəhbər gəldi, baxdı, getdi…

10:40 Araz-Naxçıvan 302
Haqqında ŞOK XƏBƏR yayılan rəhbər gəldi, baxdı, getdi…

«Araz-Naxçıvan» Premyer Liqanın 20-ci turunu qələbə ilə tamamladı.

Mərdəkanda keçirilən oyunda «Sumqayıt»ı qəbul edən «ağ-qırmızılar» 3 xalı 1:0-la izlədi.

Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Zaur Axundov da görüşü izləyənlər arasında yer alıb.

Halbuki bu matçdan əvvəl ictimai-siyasi mediada xəbər yayılmışdı ki, 2023-cü ilin yayından «Araz»ı qeyri-rəsmi formada himayəsinə götürmüş Axundova qarşı cinayət işi başlanılıb. Onun barəsində artıq qərar qəbul edilib.

Bakı Hərbi Məhkəməsinin qərarı ilə Zaur Axundov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Hakim təqsirləndirilən şəxsin daimi yaşayış yerinin olması, istintaqdan yayınma ehtimalının real görünməməsi səbəbindən prokurorun təqdimatını təmin edib.

Məlumat üçün deyək ki, ev dustaqlığı həbsə birbaşa alternativ qətimkan tədbiri sayılır. Bu tədbir təqsirləndirilən şəxsin yaşayış yerini tərk etməməsi və digər məhdudiyyətlərə əməl etməsi şərti ilə tətbiq olunur.

İş adamı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə - xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Z.Axundovun “Araz-Naxçıvan” futbol klubunun rəhbəri olan qardaşı Ramin Axundov isə siqaret qaçaqmalçılığı ilə bağlı aparılan cinayət işi üzrə axtarışdadır.

-nın birinci şəxsi dünənki matçdan bir qədər əvvəl stadiona təşrif buyurub və final fitindən az sonra oranə tərk edib. O. 90 dəqiqə ərzində pozitiv görünüb, VİP-lojada əyləşmiş şəxslərlə xeyli söhbətləşib.

Adətən, qələbə müqabilində komandaya mükafat təyin edən Axundov bu dəfə paltardəyişmə otağına enməyib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 Fevral 08:50 Liqa klubunda ayrılıq