Yeni əcnəbi baş məşqçi Azərbaycanda “şeytanın qıçını sındırdı” - VİDEO

00:30 Araz-Naxçıvan 81
Yeni əcnəbi baş məşqçi Azərbaycanda “şeytanın qıçını sındırdı” - VİDEO

Misli Premyer Liqasında 20-ci turun görüşləri davam edir.

Sportinfo.az xəbər verir ki, ikinci oyun gününə daha iki matç nəzərdə tutulub.

Növbəti görüşdə “Araz-Naxçıvan”la “Sumqayıt” üz-üzə gəlib. Qarşılaşma “Araz-Naxçıvan”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu, komandanın ukraynalı yeni baş məşqçisi Andrey Demçenkonun rəhbərliyi altında əldə edilən ilk qələbəsi olub. Adıçəkilən komandaların ilk dövrədəki görüşü sumqayıtlıların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

“Araz-Naxçıvan” – “Sumqayıt” - 1:0

“Liv Bona Dea Arena”, 150 tamaşaçı
Baş hakim: Elçin Məsiyev
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov
Dördüncü hakim: Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
Sarı vərəqə: Bar Kohen, 30 (qeyri-idman hərəkəti) Mustafa Əhmədzadə, 62 (qeyri-idman hərəkəti); Rahil Məmmədov, 66 (hakimin qərarına etiraz); Coşqun Diniyev, 67 (qeyri-idman hərəkəti); Slavik Alxasov, 87 (qeyri-idman hərəkəti) // Höccət Haqverdi, 90+3 (hakimin qərarına etiraz)
Rəsmi şəxslərə göstərilən sarı vərəqələr: Rikkardo De Vivo, 73 (hakimin qərarına etiraz) // Saşa İliç, 52 (hakimin qərarına etiraz)
Qırmızı vərəqə: Aleksandr Ramalinqom, 74 (təcavüzkar davranış)
Qol: Ramon Maçado, 45+5 (p.)
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 4 dəq.

“Araz-Naxçıvan”
12. Kristian Avram
3. Bəxtiyar Həsənalızadə (k)
5. Slavik Alxasov
8. Coşqun Diniyev
4. Rahil Məmmədov
26. Ömər Buludov
24. Mustafa Əhmədzadə
16. Ramon Maçado
(23. Nuno Rodriqes, 85)
10. Felipe Santos
(14. Ülvi İsgəndərov, 85)
70. Şarl Boli
(7. Hamidu Keyta, 60)
19. Bar Kohen
(11. Ba-Muaka Simakala, 68)
Ehtiyat oyunçular:
94. Tərlan Əhmədli
76. Süleyman Həsənov
77. Bruno Franko
Baş məşqçi: Andrey Demçenko

“Sumqayıt”
1. Mehdi Cənnətov (k)
3. Höccət Haqverdi
7. Rüstəm Əhmədzadə
(29. Emil Mustafayev, 83)
19. Roi Kehat
(23. Ronaldo Vaskez, 68)
9. Aleksandr Ramalinqom
10. Nikola Ninkoviç
(8. Səbuhi Abdullazadə, 68)
33. Danilo Beskorovaynıy
71. Masaki Murata
80. Keffel Resende
11. Aleksa Yankoviç
(6. Sedrik Badolo, 75)
25. Abdul Raşid Mumini
Ehtiyat oyunçular:
22. Xəyal Fərzullayev
12. Murad Ağamalıyev
24. Sənan Muradlı
21. Nihad Əhmədzadə
75. Nadir Orucov
37. Nihad Orucəli
97. Vüsal Paşayev
72. Rayan Senhadjic
Baş məşqçi: Saşa İliç

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 Fevral 20:00 Çək və bizə göndər!
15 Fevral 08:50 Liqa klubunda ayrılıq