Cinayət məsuliyyətinə cəlb edilən rəhbər klubu təhvil verəcək

10:40 Araz-Naxçıvan 257
Cinayət məsuliyyətinə cəlb edilən rəhbər klubu təhvil verəcək

Bilindiyi kimi, Azərbaycan Futzal Federasiyasının (AFF) prezidenti Zaur Axundov «Araz-Naxçıvan»ı tərk edəcək.

Bu barədə redaksiyamıza yeni məlumat daxil olub.

Həmin informasiyaya görə, iş adamı mövsümün sonunda - iyun ayında klubla bütün bağlantılarını qoparacaq, ona maliyyə dəstəyini dayandıracaq.

Hələlik isə «ağ-qırmızılar»ın düşərgəsində nisbi sakitlik hökm sürür.

Rəhbərlik adından əksər futbolçulara bildirilib ki, sezon başa çatanadək maddi problemlərin yaranacağı gözlənilmir. Kollektiv qarşısında götürülmüş bütün öhdəliklər yerinə yetiriləcək.

İş burasındadır ki, 2023-cü ilin yayından «Araz»ı qeyri-rəsmi formada himayəsinə götürmüş Axundova qarşı cinayət işi başlanılıb. Onun barəsində artıq qərar qəbul edilib.

Bakı Hərbi Məhkəməsinin qərarı ilə Zaur Axundov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Hakim təqsirləndirilən şəxsin daimi yaşayış yerinin olması, istintaqdan yayınma ehtimalının real görünməməsi səbəbindən prokurorun təqdimatını təmin edib.

Məlumat üçün deyək ki, ev dustaqlığı həbsə birbaşa alternativ qətimkan tədbiri sayılır. Bu tədbir təqsirləndirilən şəxsin yaşayış yerini tərk etməməsi və digər məhdudiyyətlərə əməl etməsi şərti ilə tətbiq olunur.

İş adamı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə - xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Z.Axundovun “Araz-Naxçıvan” futbol klubunun rəhbəri olan qardaşı Ramin Axundov isə siqaret qaçaqmalçılığı ilə bağlı aparılan cinayət işi üzrə axtarışdadır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti