“Futbolda yüksəliş və eniş dövrü normaldır”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın müdafiəçisi Slavik Alxasov deyib.
O, turnir cədvəli ilə bağlı fikirlərini bölüşüb:
“Qarşıda hələ mayın sonuna qədər vaxtımız var. Son ana kimi avrokuboklar uğrunda mübarizə aparacağıq.
Turnir cədvəlinə baxsaq, bizdən yuxarı pillələrdə olan komandalarla aramızdakı xal fərqinin o qədər də çox olmadığını görərik. Bu fərqi aradan qaldıra bilərik”.

