Barəsində cinayət işi açılan sponsor klubdan imtina edibmi?

13:00 Araz-Naxçıvan 205
Barəsində cinayət işi açılan sponsor klubdan imtina edibmi?

Bilindiyi kimi, Azərbaycan Futzal Federasiyasının (AFF) prezidenti Zaur Axundova qarşı cinayət işi başlanılıb.

Federasiya prezidenti barəsində artıq qərar qəbul edilib.

Bakı Hərbi Məhkəməsinin qərarı ilə Zaur Axundov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Hakim təqsirləndirilən şəxsin daimi yaşayış yerinin olması, istintaqdan yayınma ehtimalının real görünməməsi səbəbindən prokurorun təqdimatını təmin edib.

Məlumat üçün deyək ki, ev dustaqlığı həbsə birbaşa alternativ qətimkan tədbiri sayılır. Bu tədbir təqsirləndirilən şəxsin yaşayış yerini tərk etməməsi və digər məhdudiyyətlərə əməl etməsi şərti ilə tətbiq olunur.

Zaur Axundov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə - xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Z.Axundovun “Araz-Naxçıvan” futbol klubunun rəhbəri olan qardaşı Ramin Axundov isə siqaret qaçaqmalçılığı ilə bağlı aparılan cinayət işi üzrə axtarışdadır.

Bu xəbər yayılandan sonra “Araz-Naxçıvan”FK ilə əlaqəli başqa iddialar ortaya atılıb. Müxtəlif informasiya mərkəzlərində tirajlanan məlumatlara görə, Muxtar Respublika təmsilçisi əlavə maliyyə dayaqlarını itirib.

Çünki son 3 ildə “ağ-qırmızılar”ın əsas himayədarı Z.Axundov olub. Onun cinayət məsuliyyətinə cəlb edilməsi ilə “Araz“ın “qara günlər“inin başladığı bildirilir.

Belə ki, Premyer Liqanın bürünc medalçısının yalnız AFFA-nın ayırdığı yardım paketinin ümidinə qalacağı deyilir.

“Araz-Naxçıvan“ın mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov bu xəbərlərlə bağlı Sportinfo.az-a açıqlama verib:

“Klubun fəaliyyəti əvvəlki aylarda necə idisə, o şəkildə də davam edir. Mən də oxuyuram o fikirləri. Ancaq həqiqəti əks etdirmir.

Maaşlar nəzərdə tutulan vaxtlarda ödənilir, digər ödənişlər də. Nə sponsor klubdan imtina edib, nə də hansısa böhran yaşanır.

Fəaliyyət planlı şəkildə davam eləyir“.

Barəsində cinayət işi açılan sponsor klubdan imtina edibmi?

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 Fevral 17:40 Premyer Liqada yeri olmayan