“Ötən tur “Neftçi” ilə oyunda da 4 qol buraxmışdıq. Bu, bizim üçün asan deyil”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın legioneri Patrik Andrade deyib.
33 yaşlı yarımmüdafiəçi komandasının Premyer Liqanın 19-cu turu çərçivəsində səfərdə “Sabah”a 1:4 hesablı məğlubiyyətini belə şərh edib: “
İlk 20 dəqiqədə rəqibin təzyiqi çox güclü idi. Hücumlarının qarşısını almağa çalışsaq da, buna nail ola bilmədik.
Nəticədə oyunun taleyi məhz həmin dəqiqələrdə həll olundu. Amma bunu təkcə bir səhvlə əlaqələndirmək olmaz.
Hazırda komandada durum bir qədər fərqlidir.
Çox şey dəyişib: yeni baş məşqçi, yeni oyun stili, taktika və iş prinsiplərimiz var. Çalışıb hər şeyi yoluna qoyacağıq”.

