"Oyundan-oyuna özümü daha yaxşı hiss edirəm və komandada mənə göstərilən etimadı görürəm.
Uzun müddət oynamamışdım, buna görə də özünəinamım azalmışdı.
İndi isə getdikcə həm daha xoşbəxt, həm də daha inamlı oluram”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın ispaniyalı yarımmüdafiəçisi Coni Montiel deyib.
Son oyunlarda performansı ilə diqqətləri üzərinə cəmləyən Montiel fiziki formasını bərpa etməsindən danışıb:
“Fikirləşirəm ki, belə davam etsəm, gələcək oyunlarda səviyyəmi daha da artıracağam və komandanı qarşıya qoyduğu məqsədlərə çatmaqda kömək edəcəyəm”.

