Azərbaycanda bu komandanın başına keçməsinə peşman oldu: “İşimə qarışırsız…” - QALMAQAL!

12:20 Araz-Naxçıvan 425
Azərbaycanda bu komandanın başına keçməsinə peşman oldu: “İşimə qarışırsız…” - QALMAQAL!

Andrey Demçenko «Araz-Naxçıvan»ın sükanı arxasına keçməsinə peşman olub.

Saytımıza bu haqda klubdan məlumat verilib.

Bildirilib ki, mütəxəssis belə bir qərar verməsinə görə təəssüf hissi keçirir. Yanvarın 4-dən bəri «ağ-qaralar»ı çalışdıran ukraynalı funksionerlərlə söhbətində bu etirafı dilə gətirib.

49 yaşlı baş məşqçi rəhbərlik tərəfindən ona verilən vədin yerinə yetirilməməsinə diqqət çəkib, şəraitin yaxşı olmamasından gileylənib.

Redaksiyamıza daxil olan informasiyaya görə, Demçenko ötən həftə «yuxar»ının təzyiqinə məruz qalıb.

Belə ki, idarəçilər onun işinə qarışaraq, əsas heyətin müəyyənləşdirilməsində iştirak edib.

Mütəxəssis onların təkidi ilə Kristian Avramı «Neftçi» ilə matçda start «11-liy»inə daxil edib. Halbuki 49 yaşlı sükançı qapıda Tərlan Əhmədliyə etimad göstərmək istəyirmiş.

Demçenko bu olaya işarə edərək, «mənimlə danışıqlara başlayanda tamam başqa vədlər vermişdiz.

Klubun normal şəraitinin olduğunu, tam sərbəst işləyəcəyimi demişdiz. Gəlib gördüm ki, bunların hamısı sözdür, reallıq 180 dərəcə fərqlidir» ifadəsini işlədib.

Demçenko indiyədək «Araz»ı iki rəsmi oyuna çıxarıb.

«Ağ-qırmızılar» onunla ilk sınağında «İmişli»nin qonağı olub və Qubadan 2:2 hesablı bərabərliklə qayıdıb. Həmin qarşılaşmada «çərçivə»ni T.Əhmədli qoruyub.

«Neftçi» ilə Mərdəkanda keçirilən mücadilə isə 0:4 hesabıyla yekunlaşıb. Rəhbərliyin təzyiqi nəticəsində əsas heyətə qaytarılan K.Avram 90 dəqiqəni çox zəif keçirib.

Ukraynalı Muxtar Respublika təmsilçisi ilə 5 aylıq müqavilə bağlayıb. Razılaşmaya əsasən, o, komandanı avrokuboklara daşımalıdır.

Bu, baş versə, onunla müqavilə 1 il uzadılacaq. Əks halda isə tərəflər iyunda yollarını ayıracaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti