Pul davası bitdi - Qovulduğu klubdan hər ay pul alacaq

14:20 Araz-Naxçıvan 322
Pul davası bitdi - Qovulduğu klubdan hər ay pul alacaq

«Araz-Naxçıvan» və Elmar Baxşıyev arasında problem həll olunub.

Muxtar Respublika təmsilçisi bu ilin yanvarında baş məşqçi postundan uzaqlaşdırdığı mütəxəssisə kompensasiya ödəməyə razılaşıb.

O, «ağ-qırmızılar»a maddi planda güzəştə gedib. Belə ki, çalışdırıcı ona çatacaq təzminatın hissə-hissə verilməsinə etiraz etməyib. «Araz»dan 5 ay pul alacaq.

Baxşıyev 2024-cü ilin aprelindən 2025-ci ilin sonuna qədər Naxcıvan təmsilçisinin sükanı arxasında dayanıb. O, ötən mövsüm komandaya Premyer Liqanın bürünc medallarını qazandırıb.

«Araz» beləcə tarixində ilkə imza atıb və avrokuboklara vəsiqə qazanıb. Konfrans Liqasında isə onlar daha bir «siftə»ni reallaşdırıb, Yunanıstan «Aris»ini ilkin mərhələdən kənarlaşdırıb.

Naxçıvan klubu Baxşıyevi komandanın cari mövsümü uğursuz keçirməsi üzündən vəzifəsindən uzaqladırıb.

Ölkə kubokunda mübarizəni erkən - 1/8 final mərhələsində dayandıran «Araz» Premyer Liqanın 16 turu ərzində liderlər qrupundan uzaq düşüb.

Belədə baş məşqçi postuna Andrey Demçenko gətirilib. Ukraynalı ilə 5 ay+1 illik müqavilə imzalanıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti