Problemlər yaşayan iş adamı Premyer Liqa klubunu təhvil verəcək?

15:00 Araz-Naxçıvan 341
Problemlər yaşayan iş adamı Premyer Liqa klubunu təhvil verəcək?

«Araz-Naxçıvan» cari mövsümün sonunadək heç bir maliyyə çətinliyi çəkməyəcək.

Klubun funksionerləri bu barədə futbolçulara məlumat verib.

Bildirilib ki, Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Zaur Axundov son vaxtlar müəyyən problemlərlə üzləşsə də, bu, ən azı mayın sonunadək komandanın durumuna heç bir təsir etməyəcək.

İş adamı həmin vaxtadək «ağ-qırmızılar»a maliyyə dəstəyini kəsməyəcək.

Bəs ondan sonra necə olacaq? Bunu hələlik heç kim bilmir.

Mümkündür ki, Axundov iyundan etibarən kluba maddi dəstəyini dayandırsın. Muxtar Respublika təmsilçisinin başqa şəxsin kurasiyasına verilməsi də istisna deyil.

Tanınmış biznesmen 2023-cü ilin yayından bəri «Araz-Naxçıvan»ın himayədarıdır. Onun qardaşı Ramin Axundov o tarixdən klubun prezidenti təyin olunub.

R.Axundovun bir müddət əvvəl xaricə üz tutduğu deyilir. İddialara görə, Z.Axundovun qardaşı tezliklə tutduğu postla vidalaşacaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti