"Bütün gücümüzlə "Neftçi" ilə oyuna hazırlaşacağıq"

30 Yanvar 23:00 Araz-Naxçıvan 243
"Bütün gücümüzlə "Neftçi" ilə oyuna hazırlaşacağıq"

"Araz Naxçıvan"ın qapıçısı Tərlan Əhmədli Premyer Liqanın 17-ci turunda "İmişli" ilə bərabərliklə bitən (2:2) qarşılaşmadan sonra Sportinfo.az-a müsahibə verib.

- Yeni ilə qələbə ilə başlamaq mümkün olmadı. Nələr deyə bilərsən?

- Oyuna yaxşı başladıq. Belə meydanda belə oynadıqsa, ancaq xoş sözlər demək olar. Ani diqqətsizlikdən 2 qol buraxdıq. Amma toparlanıb bərabərlik qolunu vura bildik.

- Qələbə qolunu vurmağa nə çatmadı?

- Bu cür meydançada sonuncu dəfə nə vaxt oynadığımı xatırlamıram. Çox çətin idi. Ancaq döyüşmək tələb olunurdu. Maksimum baş məşqçinin istəklərinə uyğun olaraq topla oynamağ çalışırdıq.

- Bir xal qazandınız, yoxsa iki xal itirdiniz?

- Qələbə üçün bura gəlmişdik. Birmənalı olaraq deyərdim ki, iki xal itirdik. Ancaq belə meydana görə uduzmamaq da pis deyil.

- Növbəti rəqib "Neftçi"dir. Bugünkü nəticə həmin oyuna mənfi təsir edə bilər?

- Qəti belə ola bilməz. Bütün gücümüzlə "Neftçi" ilə görüşə hazırlaşacağıq. "Neftçi"yə yeni baş məşqçi gəlib. Güclü rəqibə qarşı çıxış edəcəyik. Ağır olacaq, amma yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik.

- Yeni baş məşqçi Demçenkonun əsas tələbləri nədir?

- Kor-koranə topu irəli vurmamağı tapşırır. Hamımızdan istəyi topa hakim olmaq, tələsmədən hücumlara çıxmaqdır. Məşqlərdə üzərində çalışırıq.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Yanvar 18:10 Çək və bizə göndər!
30 Yanvar 04:00 Bu yola əl atdı - FOTOLAR