Yeni baş məşqçinin gözlənilməz qərarına izah verdi: "Məşqlərdə artıq bunu hiss edirdim"

21:00 Araz-Naxçıvan 220
Yeni baş məşqçinin gözlənilməz qərarına izah verdi: "Məşqlərdə artıq bunu hiss edirdim"

"Araz Naxçıvan"ın yeni baş məşqçisi Andrey Demçenkonun "İmişli"yə qarşı ilk rəsmi oyununda diqqət çəkən qərarlarından biri əsas qapıçı Kristian Avramı ehtiyatda saxlayıb, Tərlan Əhmədliyə güvənməsi oldu.

Matçdan sonra təcrübəli qapıçı Sportinfo.az-a açıqlamasında ukraynalı mütəxəssisin qərarını şərh edib:

"Mənə güvəndiyi üçün baş məşqçimizə təşəkkür edirəm. Meydanda bunun haqqını verməyə çalışacam. Məşqlərdə hiss edirdim ki, əsas heyətdə yer alacağam. Bir nömrə olaraq qalmaq və baş məşqçinin tapşırıqlarını yerinə yetirmək üçün əlimdən gələni edəcəyəm".

Milli komandamızda ciddi qapıçı problemi var. Belədə "bu da sənin üçün əlavə motivasiya ola bilərmi" sualına isə 31 yaşlı kiper belə cavab verib:

"Millidə oynamaq hər kəsin arzusudur. Həmçinin də mənim. Amma indidən nəsə demək çox tezdir. Üzərimdə çox işləməliyəm. İnşallah, namizədlər arasında yer alaram".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti