"Diqqətsizlik etdik, bu cür yerlərdə döyüşmək tələb olunur"

21:00 Araz-Naxçıvan 200
"Diqqətsizlik etdik, bu cür yerlərdə döyüşmək tələb olunur"

"Araz Naxçıvan"ın yarımmüdafiəçisi Şarl Boli Premyer Liqanın 17-ci turunda "İmişli" ilə bərabərliklə bitən (2:2) görüşdən sonra Sportinfo.az-a müsahibə verib.

- Oyunla bağlı nələr deyə bilərsən?

- Çətin matç oldu. Belə meydançada öz oyunumuzu oynamağa çalışdıq. Təəssüf ki, bu gün iki xal itirdik. Oynamaq çətin idi. Artıq görüş geridə qaldı, istirahət edib növbəti oyunlara hazırlaşmaq lazımdır.

- İki dəfə geri düşdüyünüz oyunda bərabərlik qolunu vura bildiniz. Bəs qələbə üçün nə çatmadı?

- Oyun boyu fikrimiz qələbə idi. İki dəfə ani diqqətsizlikdən qol buraxdıq. Qələbə üçün 90 dəqiqə görüşə fokuslanmaq lazımdır.

- Meydança kənardan futbol oynamaq üçün qorxulu görünürdü...

- Bəli, elədir. Oyunda öncə də bilirdik ki, bizi bu çətinlik gözləyir. Bu tip meydanlarda döyüşmək tələb olunur. Biz də bunu etdik. Görünür, kifayət deyilmiş.

- Yeni baş məşqçi Demçenkonun istəyi, tələbi nədən ibarətdir?

- Onun fikirləri çoxdur. Oyunçular arasında əlaqələri gücləndirir. Hər gün daha yaxşı olmağımızı istəyir. Günbəgün bizi inkişaf etdirməyə çalışır.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti