Premyer Liqanın üzünə tüpürmək başqa necə olur?

17:00 Araz-Naxçıvan 160
Premyer Liqanın üzünə tüpürmək başqa necə olur?

«Araz-Naxçıvan» yeni baş məşqçi ilə ilk oyununa Qubada çıxdı.

Burada «İmişli»nin qonağı oldular.

Andrey Demçenko, deyəsən, azərbaycanlı futbolçuların yanında yerini şirin salmaq istəyir.

Ukraynalı çalışdırıcı start heyətinə birdən-birə 6 yerlini daxil etməklə Elmar Baxşıyevə göndərməmi etdi? Yəni ki, sən onlara güvənmirdin, mən isə inanıram.

Bunun təsadüf olub-olmadığını hələ deyə bilmərik. Önümüzdəki həftələrdə görəcəyik ki, o, həqiqətən bu fikirdədir, yoxsa məcburiyyətdən belə addım atıb.

Hər halda hazırda düşərgədə zədəlilərin sayı kifayət qədər çoxdur.

Baş məşqçi dəyişikliyinin «Araz»a müsbət və ya mənfi təsirindən söz açmaq erkəndir. Qubanın palçığa əsir düşmüş stadionunda keçirilən oyuna görə məşqçi işinə nə qiymət verəsən e!

Belə yerdə heç məhlə-məhləyə futbol oynamazlar!

Təəssüf ki, Peşəkar Futbol Liqasının rəhbərliyi bu məkanı Premyer Liqaya bab hesab edib. Hansı ağılla, hansı məntiqlə? Başa düşmək mümkün deyil.

Təşkilatçı qurum çox ciddi səhvə yol verib, bilmirik altından necə çıxacaqlar. Quba Olimpiya Kompleksinin meydançasının qəbulu Premyer Liqanın üzünə tüpürməkdir!

Bu, futbola və futbolçuya hörmətsizlikdir, insan həyatına biganə münasibətdir.

Sayın da, görün, ötən aylar ərzində burada neçə futbolçu zədə alıb, uzun müddətə sıradan çıxıb.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti