«Araz-Naxçıvan»ın rəhbərliyində dəyişiklik olacaq.
Bu barədə klubdan saytımıza bildirilib.
Redaksiyamıza verilən məlumata görə, Ramin Axundvun prezident postundan ayrılması gündəmə gəlib. Hazırda ölkə xaricində olan iş adamının futbol sektoruyla bütün əlaqələrini kəsdiyi deyilir.
O, 2023-cü ilin yayından bəri Muxtar Respublika təmsilçisinə başçılıq edir. Hər halda bu, kağız üzərində belədir.
Ona qədər «ağ-qırmızılar»a Vüqar Abbasov rəhbərlik edib. Vasif Talıbov Naxçıvan Ali Məclisinin sədri vəzifəsindən gedəndən sonra sözügedən biznesmen də klubu təhvil verib.
Ramin Axundov Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Zaur Axundovun qardaşıdır. «Araz-Naxçıvan»ı de-fakto idarə edən yeganə şəxs də NFF-nın patronudur.
SPORTİNFO.AZ

