Premyer Liqada 2026-cı ilin ilk oyununda heç-heçə qeydə alınıb.
Sportinfo.az xəbər verir ki, XVII turun birinci matçında "İmişli" "Araz-Naxçıvan"la üz-üzə gəlib.
Quba Olimpiya İdman Kompleksinin stadionunda gerçəkləşən qarşılaşma 2:2 hesabı ilə bitib.
5-ci dəqiqədə "İmişli"nin heyətində Luis Silvestr hesabı açıb. Naxçıvan klubundan Şarl Boli 14-cü dəqiqədə tarazlığı bərpa edib.
Meydan sahiblərinin hücumçusu Dioqo Almeyda 84-cü dəqiqədə adını tabloya yazdırıb. 90+1-ci dəqiqədə isə qonaqlardan Ramon Maçado görüşdə son nöqtəni qoyub.
Bu nəticədən sonra "Araz-Naxçıvan" 27 xalla 5-ci, "İmişli" 18 xalla 9-cu pillədə qərarlaşıb.
"İmişli" - "Araz-Naxçıvan" 2:2
Quba OİK stadionu, 60 tamaşaçı
Baş hakim: İnqilab Məmmədov
Baş hakimin köməkçiləri: Rahil Ramazanov, Tərlan Talıbzadə
Dördüncü hakim: Əli Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Asif Əliyev
Sarı vərəqələr: Ezekiel Morqan, 14 (qeyri-idman hərəkəti); Yau Mozes, 29 (qeyri-idman hərəkəti); Ronaldo de Souza, 53 (qeyri-idman hərəkəti); Dioqo Almeyda, 85 (qeyri-idman hərəkəti); Həzrət İsayev, 90+1 (qeyri-idman hərəkəti) // Urfan Abbasov, 2 (qeyri-idman hərəkəti); Slavik Alxasov, 49 (qeyri-idman hərəkəti); Ba-Muaka Simakala, 71 (qeyri-idman hərəkəti); Bəxtiyar Həsənalızadə, 85 (qeyri-idman hərəkəti)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Kristiano de Souza ( “İmişli” ), 90+3 (hakimin qərarına etiraz)
Qollar: Luis Silvestr, 5; Dioqo Almeyda, 84 // Şarl Boli, 14; Ramon Maçado, 90+2
Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 4 dəq.
“İmişli”
33. Andrey Sinenka
19. Azər Salahlı (k)
21. Abbas Ağazadə
(10. Nikola Karaklaiç, 71)
94. Rafael Vieqaş
29. Edvin Banquera
14. Ronaldo de Souza
6. Yau Mozes
(5. İdris İnqilablı, 46)
9. Dioqo Almeyda
23. Dioqo Rollo
17. Ezekiel Morqan
(44. Həzrət İsayev, 80)
7. Luis Silvestr
Ehtiyat oyunçular:
1. Hüseynəli Quliyev
77. Elmir Rəhimzadə
97. Xəzər Mahmudov
70. Mehdi Tahirov
3. Tuncay Yusifli
30. Xəlil Mürsəlli
Baş məşqçi: Jorj Kaşkilya
“Araz-Naxçıvan”
94. Tərlan Əhmədli
34. Urfan Abbasov (k)
3. Bəxtiyar Həsənalızadə
5. Slavik Alxasov
8. Coşqun Diniyev
24. Mustafa Əhmədzadə
(16. Ramon Maçado, 90)
6. Patrik Andrade
7. Hamidu Keyta
11. Ba-Muaka Simakala
77. Bruno Franko
70. Şarl Boli
(14. Ülvi İsgəndərov, 84)
Ehtiyat oyunçular:
12. Kristian Avram
26. Ömər Buludov
29. Vanderson Melo
23. Nuno Rodriqes
19. Bar Kohen
Baş məşqçi: Andrey Demçenk

