«Araz-Naxçıvan»a yeni məşqçi gəlib.
Aldığımız məlumata görə, Yevgeni Pisotski bundan sonra Azərbaycanda çalışacaq.
«Ağ-qırmızılar»ın çalışdırıcısı Andrey Demçenko 38 yaşlı həmyerlisini özünə əsas köməkçi götürüb.
Muxtar Respublika təmsilçisi ukraynalı mütəxəssislə 5 ay+1 illik müqavilə imzalayıb.
Yanvarın 5-də komandanı Elmar Baxşıyevdən təhvil almış A.Demçenkonun italiyalı fitness məşqçisi Rikkardo De Vivonu da bura gətirməsini xatırladaq.
49 yaşlı sükançının digər 3 yardımçısı azərbaycanlıdır. Bunlar Əfran İsmayılov, Vadar Nuriyev və Cəmaləddin Əliyevdir.
SPORTİNFO.AZ

