"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Andrey Demçenko istəyinə çatıb.
Yanvarın əvvəlində "ağ-qaralar"ın sükanı arxasına keçən ukraynalı klub rəhbərliyi ilə günlərlə davam edən danışıqlardan sonra öz korpusunu genişləndirə bilib.
O, özünə daha bir köməkçi götürüb. Ukraynadan olan həmin yardımçı hazırda Azərbaycandadır.
Demçenko maaşının bir qədər azaldılması təşəbbüsünü irəli sürmüşdü. 49 yaşlı çalışdırıcı hesab edir ki, mövcud korpusla işləmək ona çətinlik yaradacaq.
Demçenkonun yerli köməkçiləri Cəmaləddin Əliyev (qapıçılar üzrə), Vadar Nuriyev və Əfran İsmayılovdur.
Sonuncunun bu «dəstə»dən ayrılması gündəmdədir. Üç ildir burada çalışan İsmayılov daha gündəlik məşq prosesində iştirak etməyə həvəs göstərmir.
Onun klubda rəhbər vəzifələrdən birinə keçirilməsi müzakirə mövzusudur.
Millinin və «Qarabağ»ın sabiq yarımmüdafiəçisi Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundovla münasibətləri çox yaxşıdır. Odur ki, İsmayılovun müşavir kimi fəaliyyətə başlaması istisna edilmir.
"Ağ-qırmızılar"la 5 ay+1 illik müqavilə bağlamış Demçenko ilk gündən arzuladığı korpuusu formalaşdırmaq niyyətində olsa da, dünənə qədər "yox" cavabı alıb. Əsas istəyi klub rəhbərliyi tərəfindən qəbul olunmayıb.
Özüylə bura 4 köməkçi gətirməyi planlaşdırmış Desçenkoya bildirilib ki, bunun üçün ona büdcə ayırlmayacaq.
Yəni ki, öncədən maaş fondu nə qədər müəyyənləşdirilibsə, ondan kənara çıxmaq mümkün olmayacaq.
Demçenko bu şəraitdə işləməyə çətinlik çəkəcəyini söyləyib və son olaraq maaşının azaldılması qarşılığında belə bir təklif irəli sürüb.
Müharibənin getdiyi ölkəsinə dönməkdən çəkinən çalışdırıcı öncə Rikkardo De Vivonu Azərbaycana gətirib.
O, fiziki hazırlıq üzrə köməkçi kimi işə başlayıb. UEFA-nın A lisenziyasına sahib olan 45 yaşlı fitnes-məşqçisinin son klubu "Dinamo"(Tbilisi) olub.
İtaliyalı mütəxəssis müxtəlif illərdə “Jenis” (Qazaxıstan), “Liepaya” (Latviya), “Lokomotiv” (Tbilisi, Gürcüstan), “Episkopi” (Yunanıstan) və s. klublarda işləyib.
SPORTİNFO.AZ

